2023-cü il oktyabr ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 775.3 milyon ABŞ dolları təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin sentyabr 1-i ilə müqayisədə 4.4% və ya 410.9 milyon dollar çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 8.7%, 2022-ci ilin oktyabr ayının 1-i ilə müqayisədə isə 27.5% artıb.
YENİLƏNİB'>