Bank Of Baku

AMB: Növbəti ildə də pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına yönəldiləcək

AMB: Növbəti ildə də pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına yönəldiləcək
# 30 dekabr 2022 09:40 (UTC +04:00)

Növbəti ildə də pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına yönəldiləcək.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilib.

Qeyd edilib ki, 2023-cü ildə monetar şərait illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşmasından asılı olaraq tənzimlənəcək: "İllik inflyasiyanın faktiki və proqnoz göstəricilərinin azalması halında pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun yumşaldılması imkanları nəzərdən keçiriləcək. Ölkə prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” rəhbər tutulmaqla pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR