Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) qərarı ilə uçot dərəcəsi 7.75% olaraq saxlanılıb.
Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib.
AMB faiz dəhlizinin aşağı həddini 6.25%, yuxarı həddini isə 9.25% səviyyəsində dəyişməz saxlayıb.
Qeyd edək ki, AMB İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 29-da ictimaiyyətə açıqlanacaq.