İyulun 6-da Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib.
Məlumata görə, hərracda bankların tələbi 15,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Bu isə ötən hərracdan 60,6% azdır. Belə ki, iyunun 4-də keçirilən valyuta hərracında banklar 39,9 milyon dollar alış həyata keçirmişdi.