Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı(DB) arasında “Maliyyə Sektorunun Modernizasiyası Layihəsi 3”ün icrasına start verilib.
Bu barədə “APA-Economics” AMB-ə istinadən xəbər verir.
Məlumata görə, layihənin əhatə dairəsinin müəyyənləşdirilməsi və istiqamətlərin dəqiqləşdirilməsi məqsədilə Dünya Bankının mütəxəssislərdən ibarət geniş tərkibli missiyası cari ilin sentyabr ayının son həftəsində müvafiq görüşlərin keçirilməsi üçün Bakı şəhərində səfərdədirlər. Layihənin əsas məqsədi maliyyə sektorunun nəzarət və tənzimlənməsinin gücləndirilməsi, dövlət maliyyə inklüzivliyi proqramının icrasına dəstək və maliyyə sektorunun monitorinqi üzrə Mərkəzi Banka dəstək göstərməkdən ibarətdir.
YENİLƏNİB'>