Azərbaycan Mərkəzi Bankının xarici valyutada olan aktiv və öhdəliklərinin 2022-ci ildə rəsmi məzənnənin dəyişməsindən sonra yenidən qiymətləndirilməsindən yaranan məzənnə fərqi 68 milyon 632 min manat zərər təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2021-ci ildə bu göstəricinin həcmi 60 milyon 298 min manat olub.