Bank Of Baku

ANAMA yerli şirkətdən yarım mln. manatlıq avtomobil alıb

ANAMA yerli şirkətdən yarım mln. manatlıq avtomobil alıb
# 26 dekabr 2022 09:42 (UTC +04:00)

"Azərbaycan Minatəmizləmə Agentliyi" (ANAMA) yük-sərnişin tipli tam ötürücülü nəqliyyat vasitələrin satın alınması üzrə tenderə yekun vurub.

"APA-Economics" dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi yerli avtomobil şirkəti "Azərmaş Group" MMC olub.

ANAMA 12 nəqliyyat vasitəsi üzrə "Azərmaş Group"a 450 min manat ödəyəcək. Başqa sözlə, bir avtomobil ANAMA-ya 37,5 min manata başa gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR