Bank Of Baku

AÖS-lə aparılan ödənişlərin həcmi yanvarda kəskin artıb

AÖS-lə aparılan ödənişlərin həcmi yanvarda kəskin artıb
# 23 fevral 2022 13:03 (UTC +04:00)

2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə bu ilin yanvar ayında həyata keçirilən ödənişlərin sayı 16 min, həcmi isə 31 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2,1 dəfə çox olsa da, dekabr ayı ilə müqayisədə 40% azdır.

Qeyd edək ki, ötən il ərzində AÖS vasitəsilə 117 min tranzaksiya çərçivəsində 280 mln. manat həcmində ödəniş həyata keçirilib.

Xatırladaq ki, AÖS-ün "AniPay" mobil tətbiqinin funksionallığının genişləndirilməsi davam edir və "QR kod" nağdsız ödəniş imkanı ötən il yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR