Bank Of Baku

Avrozonada inflyasiya rekord həddə sürətlənib

Avrozonada inflyasiya rekord həddə sürətlənib
# 23 fevral 2022 14:59 (UTC +04:00)

Yanvarda Avrozonanın 19 ölkəsində illik inflyasiya bir ay əvvəlki 5%-dən 5,1%-dək sürətlənib.

"APA-Economics" xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyinin ("Eurostat") məlumatına deyilir.

Qeyd olunur ki, bu, "Eurostat"ın apardığı müşahidələr dövrünün ən yüksək göstəricisidir.

Bir il əvvəl Avrozonada inflyasiya cəmi 0,9%-ə bərabər olub.

Təkcə bu ilin yanvarında Avrozonada istehlak qiymətləri yekun hesablamaya görə 0,3% artıb.

Bununla belə, illik baza inflyasiyası bir ay əvvəlki 2,6%-dən 2,3%-dək azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR