Bank Of Baku

AYİB Ukraynadakı müharibə ilə bağlı 2 mlrd. avro ayıracaq

AYİB Ukraynadakı müharibə ilə bağlı 2 mlrd. avro ayıracaq
# 10 mart 2022 10:40 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynadakı müharibədən zərər çəkmiş vətəndaşlara, şirkətlərə və ölkələrə kömək etmək məqsədilə 2 mlrd. avro məbləğində yardım paketi ayıracaq.

"APA-Economics"in AYİB-ə istinadən verdiyi məlumata görə, bank həmçinin, şərtlər imkan verdikdə, ölkənin yenidən qurulmasına da kömək etmək üçün əlindən gələni əsirgəməyəcəyini öhdəliyinə götürüb. Ukrayna şirkətlərinin vaxtı keçmiş kreditlərini bağlamaq, likvidliyini dəstəkləmək və ticarətini artırmaq üçün maliyyələşdirmə onlara sürətli şəkildə təqdim olunacaq.

Bundan əlavə, bankın yardım paketi Ukrayna qaçqınlarının axınından birbaşa təsirlənən ölkələrə də kömək edəcək.

Qeyd edək ki, dayanıqlıq paketi martın 9-da AYİB-in Direktorlar Şurası tərəfindən təsdiq edilib və bu, dəstəyin yalnız birinci mərhələsini əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR