Paşha Bank
Bank Of Baku

Azərbaycan 9 ayda dövlət istiqrazları üzrə 2,7 milyard manata yaxın ödəniş edib

Azərbaycan 9 ayda dövlət istiqrazları üzrə 2,7 milyard manata yaxın ödəniş edib
# 28 oktyabr 2026 11:58 (UTC +04:00)

Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında dövlət istiqrazları üzrə ümumilikdə 2 milyard 694,3 milyon manat məbləğində ödəniş həyata keçirilib.

“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu məbləğin 2 milyard 297,2 milyon manatı əsas borcun qaytarılmasına yönəldilib.

Daha 397,1 milyon manat isə faiz və diskont ödənişlərinin payına düşüb. Ödənişlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.

Müqayisə üçün, 2025-ci ildə dövlət istiqrazları üzrə ümumilikdə 5 milyard 683,6 milyon manat ödəniş edilib. Bunun 5 milyard 76,6 milyon manatı əsas borc, 607 milyon manatı isə faiz və diskont xərcləri olub.

Qeyd edək ki, oktyabrın 1-nə dövriyyədə olan dövlət qiymətli kağızlarının ümumi həcmi 7 milyard 766,2 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR