Azərbaycan - Aİ İnvestisiyaların müəyyən edilməsi və prioritetləşdirilməsi üçün Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclası keçirilib.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev məlumat verib.
“İclasda aidiyyəti dövlət qurumlarının, Avropa Komissiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının nümayəndələri iştirak edib”, - deyə nazir müavini vurğulayıb.