"Azərbaycan Beynəlxalq Bankı" nizamnamə kapitalını artıracaq

"Azərbaycan Beynəlxalq Bankı" nizamnamə kapitalını artıracaq
# 05 aprel 2024 16:44 (UTC +04:00)

Bu il mayın 20-də "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, ümumi yığıncağın gündəliyində duran məsələlər sırasına ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2023-cü ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi, 2023-cü ilin maliyyə nəticələrinə əsasən bankın səhmdarlarına dividendin ödənilməsi, bankın Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi, bundan əlavə İdarə Heyəti sədrinin təyin edilməsi məsələləri daxildir.

Bundan əlavə, "Banklarda korporativ idarəetmə Standartları"nın tələblərinə əsasən ABB-nin bir sıra əməkdaşların mükafatlarının təxirə salınması, əlavə səhmlərin buraxılması yolu ilə bankın nizamnamə kapitalının artırılması, ASC-nin Nizamnaməsinin və Müşahidə Şurası haqqında Əsasnamənin yeni redaksiyada təsdiq edilməsi məsələləri də gündəlikdə müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR