Bank Of Baku

“Azərbaycan Dəmir Yolları” maliyyə göstəricilərini açıqlayıb

“Azərbaycan Dəmir Yolları” maliyyə göstəricilərini açıqlayıb
# 06 yanvar 2023 17:24 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2021-ci ili mənfəətlə başa vurub. Belə ki, 2021-ci ildə bu göstərici 25 980 min manat təşkil edib.

Bu barədə “APA-Economics” ADY-nin 2021-ci ilin nəticələrinə görə dərc etdiyi maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2020-ci ili ADY 484 005 min manat zərərlə başa vurmuşdu.

Qeyd olunur ki, 2021-ci il dekabrın 31-ə QSC-nin aktivləri 3 631 355 min manat səviyyəsində olub, bu da 2020-ci ilin dekabrın 31-ə olan göstərici (3 036 895 min manat) ilə müqayisədə 19,6 % artım deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR