Azərbaycan Respublikasına idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət qeydiyyatına alınmalı olan kvadrisikllər aksizli mallara aid ediləcək və kvadrisiklların mühərrikin həcminin hər kubsantimetrinə görə 0.5 manat aksiz dərəcəsi tətbiq olunacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.