Azərbaycan Mərkəzi Bankı sığorta sahəsində növbəti attestasiyalar keçirib.
Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib. Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 2 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Siyahı belədir:
(sığorta vasitəçiləri)
1. Qurban Zinyət Qurban qızı - 96 bal
2. Məlikov Abdul Yusif oğlu - 62 bal
(rəhbər şəxslər)
1. Əfəndiyeva Lalə Əli Heydərovna - 67 bal
2. Əliyev Seymur Əli oğlu - 82 bal