2021-ci ildə Azərbaycan qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə 0,3 mlrd. ABŞ dolları həcmində faiz ödənişi həyata keçirib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci illə müqayisədə demək olar ki, dəyişməz olaraq qalıb.
Qeyd edək ki, ölkənin ötən il həyata keçirdiyi qeyri-rezidentlərə ödənişlərdə qiymətli kağızlar portfeli üzrə faiz ödənişlərinin payı 9,7%-ni təşkil edib.