Ötən il Azərbaycan xarici dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsindən 1 104,8 mln. ABŞ dolları məbləğində ödənişlər həyata keçirib.
"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında əks olunub.
Eyni zamanda, ölkə əsas borc ödənişlərinin bir hissəsini vaxtından əvvəl qaytarılmasına 800 mln. manat yönəldib.
Qeyd edək ki, 1 yanvar 2022-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 8 135,7 mln. dollar (13 830,7 mln. manat) və ya ÜDM-in 14,9%-ini təşkil edib.