Bank Of Baku

Azərbaycan QDTİB-in Xüsusi Toplantısında iştirak edəcək

Azərbaycan QDTİB-in Xüsusi Toplantısında iştirak edəcək
# 24 fevral 2022 10:21 (UTC +04:00)

Fevralın 25-də Yunanıstanın Saloniki şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 15-ci Xüsusi Toplantısı keçiriləcək.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda Rəhbərlər Şurasına sədrlik Azərbaycanda olduğu üçün sözügedən növbədənkənar toplantı QDTİB-nin Azərbaycan üzrə rəhbəri qismində maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulur.

Növbədənkənar toplantının gündəliyində duran əsas məsələ isə 2022-2026-cı illər üzrə Bankın növbəti prezidentinin seçilməsidir.

QDTİB-nin Rəhbərlər Şurasının növbəti – 24-cü İllik Toplantısı cari ilin iyun ayında Azərbaycanın sədrliyi ilə Bakı şəhərində keçiriləcək

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR