Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və mədən və energetika naziri Dubravka Djedoviçlə görüşüb.
"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşım edib.
“Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və mədən və energetika naziri xanım Dubravka Djedoviç ilə ölkələrimiz arasında uğurlu əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrimizin genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd olunub.