Bank Of Baku

Azərbaycan sığorta bazarının həcmi 937 mln. manatı ötüb

Azərbaycan sığorta bazarının həcmi 937 mln. manatı ötüb
# 23 oktyabr 2023 11:08 (UTC +04:00)

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta yığımları 28,2% artaraq 937,237 milyon manata çatıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 25,7% artaraq 400,387 milyon manata yüksəlib.

Sığorta yığımları artım dinamikasının daha yüksək olması sığorta bazarının zərərliliyinə də təsir edib. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında sığortaçılar topladıqları hər 100 manatın 43,6 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 42,7 manata kimi azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR