Bank Of Baku

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb
# 30 aprel 2026 10:48 (UTC +04:00)

Bu ilin mart ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 123.2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 38.3 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 10,5%, banklardan xaricə köçürmələr isə 3,5% artıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR