2022-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanın 20 sığorta şirkətindən 14-nün sığorta yığımları artıb, 6-nın yığımları isə azalıb.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ən çox azalma "Azərsığorta” şirkətidir -75%. “AtaSığorta”nın yığımları 58% azalaraq 4,8 milyon manata, “Günay Sığorta”nın yığımları 23% azalaraq 7,1 milyon manata düşüb. “Meqa Sığorta”nın yığımları 19%, “Qala Sığorta"nın yığımları isə 7%, "Naxçıvansığorta"nın yığımları isə 2% azalıb. Digər sığorta şirkətləri üzrə göstəricilər isə renkinqdəki kimidir:
| Sığortaçının adı | Noyabr/21 | Noyabr/22 (min manatla) | Dinamika |
| Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 55 231 | 13 992 | -75% |
| “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti | 11 401 | 4 808 | -58% |
| “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 9 243 | 7 128 | -23% |
| “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 23 722 | 19 104 | -19% |
| “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 39 110 | 36 506 | -7% |
| "Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti | 2 213 | 2 180 | -2% |
| “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti | 10 341 | 10 556 | 2% |
| “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 17 793 | 19 163 | 8% |
| “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 39 272 | 45 980 | 17% |
| “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 164 599 | 194 543 | 18% |
| “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 11 147 | 13 416 | 20% |
| “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 22 213 | 26 964 | 21% |
| “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti | 17 148 | 22 106 | 29% |
| “İpək Yolu Sığorta” ASC | 15 577 | 20 094 | 29% |
| “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 4 496 | 5 854 | 30% |
| “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 285 245 | 376 003 | 32% |
| "Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 5 662 | 7 680 | 36% |
| “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 27 487 | 38 106 | 39% |
| "Aqrar Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 5 579 | 8 747 | 57% |
| Meqa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti | 434 | 2 202 | 407% |