Bu ilin may ayının sonuna Azərbaycanın bank sektorunda çalışan işçilərin sayı aylıq və illik müqayisədə artıb.
“APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, mayın 31-nə ölkədəki banklarda 18 191 işçi çalışıb ki, bu da aprel ayı ilə müqayisədə 1,2% (209 nəfər), illik müqayisədə isə 9,2% (1 529 nəfər) çoxdur.