Bu ilin iyunun 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 12,861 mlrd. manat təşkil edib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, hesabat dövründə banklar tərəfindən təklif olunan kreditlərin orta faiz dərəcəsi 11,8%-ə bərabər olub.
“APA-Economics” bank sektorunda regionlar üzrə kredit qoyuluşuna dair renkinq tərtib edib. Kreditlərin həcminə görə siyahının ilk üç pilləsini Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonları bölüşürlər.
Azərbaycanda bank kreditləşməsinin regionlar üzrə renkinqi:
|
# |
Region |
Kreditin həcmi, min AZN |
Orta faiz dərəcəsi, % |
|
1 |
Bakı |
10 377 279 |
9,9 |
|
2 |
Aran |
645 083 |
22,7 |
|
3 |
Gəncə-Qazax |
519 626 |
19,4 |
|
4 |
Abşeron |
510 653 |
16,3 |
|
5 |
Lənkəran |
230 453 |
22,0 |
|
6 |
Quba-Xaçmaz |
186 029 |
20,4 |
|
7 |
Şəki-Zaqatala |
162 244 |
20,0 |
|
8 |
Naxçıvan |
109 711 |
11,0 |
|
9 |
Dağlıq Şirvan |
63 489 |
23,2 |
|
10 |
Yuxarı Qarabağ |
56 840 |
24,1 |