Bank Of Baku

Azərbaycanda bank müştəri hesablarının sayı 21% artıb

Azərbaycanda bank müştəri hesablarının sayı 21% artıb
# 22 avqust 2023 15:34 (UTC +04:00)

2023-cü il avqust ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı illik müqayisədə 7% və ya 921.9 min nəfər artaraq 14 milyon 63,765 min nəfər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cari ilin avqustun 1-nə bank müştəri hesablarının sayı illik müqayisədə 20.8% və ya 6 milyon 173.7 min ədəd artaraq 35 milyon 898,1 min ədəd təşkil edib.

Qeyd edək ki, bu dövrdə müştəri hesablarının 79.6%-ni cari hesablar ( 28 mln. 567.6 min), 19.6%-ni kredit hesabları ( 7 milyon 22.4 min), 0.8%-ni isə depozit hesabları (308 min) təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR