Bank Of Baku

Azərbaycanda banklar ötən ay 300 mln. manatdan çox gəlir əldə ediblər

Azərbaycanda banklar ötən ay 300 mln. manatdan çox gəlir əldə ediblər
# 25 avqust 2023 13:13 (UTC +04:00)

2023-cü ilin iyul ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar 307.5 milyon manat faiz gəliri əldə ediblər.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.6% və ya 80.7 milyon manat çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankların əməliyyat mənfəətləri 159.1 milyon manat, xalis mənfəətləri isə 92 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR