Bank Of Baku

Azərbaycanda bankların xalis mənfəəti 40% artıb

Azərbaycanda bankların xalis mənfəəti 40% artıb
# 23 dekabr 2022 11:03 (UTC +04:00)

Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr aylarında 859,4 milyon manat xalis mənfəət əldə edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 40% çoxdur.

Bu dövrdə bankların əməliyyat gəlirləri 31,7% artaraq 3 548,1 milyon manata, əməliyyat xərcləri 27,6% artaraq 2 265,2 milyon manata, əməliyyat mənfəəti 39,7% artaraq 1 239,3 milyon manata, xüsusi ehtiyatlara ayırmaları 22,8% artaraq 183 milyon manata çatıb.

Sektorun gözlənilməz xərcləri 0,3 milyon manat, mənfəət vergisi ödəmələri isə 196,6 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR