Bank Of Baku

Azərbaycanda BOKT nizamnamə kapitalını yarım milyon manat artırır

Azərbaycanda BOKT nizamnamə kapitalını yarım milyon manat artırır
# 03 iyul 2023 12:09 (UTC +04:00)

“Finoko” bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını artırır.

"APA-Economics" xəbər verir ki, bu barədə BOKT-un səhm emissiya prospektində bildirilib. Məlumata görə, mikromaliyyə təşkilatı hər birinin nominal dəyəri 10 manat olan 50 min ədəd adi, adlı, sənədsiz səhm buraxır. Başqa sözlə, BOKT bu vasitə ilə nizamnamə kapitalını 500 min manat artıracaq.

Qeyd edək ki, “Finoko” 2014-cü ildə yaradılıb. BOKT-un hazırda nizamnamə kapitalı 4 milyon 855 min manatdır. Səhmlərin 50%-i Elçin Əliyevə, 50%-i isə Elmar Əliyevə məxsusdur. Səhm emissiyası ilə onların hər birinin BOKT-dakı payı 45,3%-ə enə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR