Azərbaycanda BOKT-un xalis mənfəəti kəskin azalıb

Azərbaycanda BOKT-un xalis mənfəəti kəskin azalıb
# 27 may 2024 13:26 (UTC +04:00)

“Premier Kredit” bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Premier Kredit”in xalis mənfəəti əvvəlki illə müqayisədə 44.5% azalaraq 28 min 258 manat təşkil edib. 2022-ci ildə təşkilatın xalis mənfəəti 50 min 905 manat təşkil etmişdi.

Hesabat dövründə təşkilatın faiz gəlirləri 331,8 min manata, faiz xərcləri isə 160 min manata bərabər olub. Beləliklə bu dövrdə təşkilat 171.9 min manat xalis faiz gəlirləri əldə edib.

Ötən il “Premier Kredit”in cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 61.5% və ya 899.2 min manat artaraq 2 milyon 236 min manat olub. Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit əvvəlki illə müqayisədə 62% artaraq 2 milyon 139.5 min manat təşkil edib.

Bu dövrdə təşkilatın cəmi öhdəliklərin həcmi 73.4% və ya 852.2 min manat artaraq 2 milyon 12.7 min manata bərabər olub.

2024-cü il yanvar ayının 1-nə “Premier Kredit”in cəmi kapitalı 348 min manata bərabər olub ki, bu da illik müqayisədə 15.6% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR