"İnkişaf üçün Maliyyə" bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ilin I yarısı üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayında "İnkişaf üçün Maliyyə" MMC-nin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 28.2% azalaraq 309.8 min manat təşkil edib. 2022-ci ilin ilk 6 ayında təşkilat 431.5 min manat xalis mənfəət əldə etmişdi.
Cari ilin ilk ayında təşkilatın əməliyyat gəlirləri 1 milyon 456,3 min manat, əməliyyat xərcləri isə 1 milyon 113.7 min manat təşkil edib. Bu dövrdə təşkilatın xalis əməliyyat mənfəəti 342,6 min manat təşkil edib ki, bu əvvəlki illə müqayisədə 11.6% azdır.
Bu ilin iyul ayının 1-nə təşkilatın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 19.5% və ya 1 milyon 839.5 min manat artaraq 11 milyon 236.1 min manat təşkil edib. Cəmi öhdəlikləri isə 52% artaraq 4 milyon 396.6 min manat təşkil edib.
2023-cü ilin iyul ayının 1-nə "İnkişaf üçün Maliyyə" MMC-nin cəmi kapitalı 6 milyon 686.4 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 5% və ya 335.7 min manat çoxdur.
Qeyd edək ki, "İnkişaf üçün Maliyyə" MMC-nin səhmlərinin 100%-i Böyük Britaniyanın OKSFAM beynəlxalq humanitar təşkilatına məxsusdur.