2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 58 milyard 18,3 milyon manata bərabər olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 % çoxdur.
"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Son 1 ildə Azərbaycanda adambaşına düşən nominal gəlir isə 13,1 % artaraq 5 717 manata yüksəlib.