Bank Of Baku

Azərbaycanda əsas kapitala 4 mlrd. manata yaxın investisiya yönəldilib

Azərbaycanda əsas kapitala 4 mlrd. manata yaxın investisiya yönəldilib
# 09 aprel 2024 12:46 (UTC +04:00)

2024-cü ilin yanvar-mart aylarında əsas kapitala 3809,2 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4% çox investisiya yönəldilib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,7%, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 4,8% artıb. İstifadə olunmuş investisiyanın 2122,6 milyon manatı və ya 55,7%-i məhsul istehsalı sahələrinə, 1453,1 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 233,5 milyon manatı (6,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 3024,8 milyon manatını və ya 79,4%-ni daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 2681,9 milyon manatı və ya 70,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR