Bank Of Baku

Azərbaycanda fiskal öhdəliklər üzrə müsbət trendin əsas amilləri açıqlanıb

Orxan Nəzərli

© APA | Orxan Nəzərli

# 25 fevral 2022 10:23 (UTC +04:00)

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə 8,5 mlrd. manat daxil olub. Daxilolmaların həcmi proqnoza nisbətən 17,6%, əvvəlki illə müqayisədə isə 15,5% çox olub.

"APA-Economics" xəbər verir ki, bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, vergi daxilolmalarının büdcə gəlirlərində payı 2021-ci ildə 32,3% təşkil edib.

"Bu göstərici 2020-ci ilin müvafiq göstəricisindən 2,4% çoxdur. Xüsusilə önəmlidir ki, fiskal öhdəliklər üzrə müsbət trendin əldə edilməsi qiymət dinamikasının təsirləri ilə deyil, daha çox pandemiya sonrası iqtisadi bərpanın başlaması və istehlak tələbinin artması hesabına baş verib. Sosial təcrid tədbirlərinin yumşaldılması, stimullaşdırıcı makro-iqtisadi siyasətin davam etdirilməsi, özəl investisiyaların artımının tədricən sürətlənməsi, iqtisadiyyatın əksər sektorlarında müşahidə olunan artım prosesi, xüsusilə qeyri-neft sektorunda ÜDM-in 7%-i aşan artım tempi bu sektorun fiskal göstəricilərində öz əksini tapıb", - deyə O. Nəzərli qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR