Bank Of Baku

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb

Azərbaycanda həyat və qeyri-həyat sığorta yığımları artıb
# 23 oktyabr 2023 11:50 (UTC +04:00)

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 420 mln. 845 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 266 mln. 529 min manat sığorta haqqı toplanılıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 33.2% və ya 104 mln. 788 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 12.2% və ya 29 mln. 21.1 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 25.4% artaraq 220 mln. 636 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 40.5% artaraq 99 mln. 514 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-sentyabr aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 52.4 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-sentyabr aylarında 55.7 manata bərabər olub. Bu ilin yanvar-sentyabr aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 37.3 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 29.8 manata bərabər idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR