Bu ilin 26 avqust tarixində Azərbaycanda "Sığorta Festivalı" start götürəcək.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev Azərbaycanda ilk dəfə təşkil olunacaq “Sığorta Festivalı” ilə bağlı mətbuat konfransında deyib.
İcraçı direktorun sözlərinə görə, festival 26 avqust - 7 sentyabr tarixlərində təşkil olunacaq. Festivalın 26 avqust tarixində Bakı şəhərində Dənizkarı Milli Park ərazisində başlamaqla Sumqayıt, İsmayıllı, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Gədəbəy, Şəki və Zaqatala regionlarında keçirilməsi nəzərdə tutulub.