Bank Of Baku

Azərbaycanda istehlak bazarı 5%-dən çox böyüyüb

Azərbaycanda istehlak bazarı 5%-dən çox böyüyüb
# 14 sentyabr 2023 11:13 (UTC +04:00)

2023-cü ilin yanvar-avqust aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 44,2 milyard manat olub.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-avqust aylarına nisbətən müqayisəli qiymətlərlə 5,4% artıb.

Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 5,2% artaraq 42,5 milyard manata bərabər olub, onun 46,3%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR