Paşha Bank
Bank Of Baku

Azərbaycanda kommersiya qurumlarının sayı 6%-dən çox artıb

Azərbaycanda kommersiya qurumlarının sayı 6%-dən çox artıb
# 12 noyabr 2026 11:46 (UTC +04:00)

Bu il noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.734.871 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

"APA-Economics" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,3 faiz, hüquqi şəxslərin sayı 5,6 faiz artıb.

Həmin dövrə qeydiyyatda olan kommersiya qurumlarının sayı 214.988 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,4 faiz çoxdur.

Cari ilin oktyabr ayında 1.183 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,8 faizi yerli investisiyalı, 13,2 faizi isə xarici investisiyalı müəssisələrdir.

Kommersiya qurumlarının 84 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – oktyabr aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,5 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR