Bank Of Baku

Azərbaycanda lisenziyası ləğv olunan BOKT bağlanıb

Azərbaycanda lisenziyası ləğv olunan BOKT bağlanıb
# 12 oktyabr 2023 11:12 (UTC +04:00)

"Union Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC ləğv olunduğunu elan edib.

"APA-Economics" xəbər verir ki, bu barədə BOKT-dan bildirilib. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, ev 41, mənzil 4B ünvanına bildirə bilərlər.

Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınmış BOKT 451,8 min manat nizamnamə kapitalına malik olub. BOKT 2022-ci ilin maliyyə hesabatını açıqlamasa da, 2021-ci ilin yekununda onun balans kapitalında 206 min manat çatışmazlıq yaranmışdı. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə bu il mayın 18-də "Union Kredit"in lisenziyası ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR