Ötən ilin dekabrın 30-na Azərbaycanda manatla pul bazası 17 937,6 mln. manat təşkil edib ki, bu göstərici dekabr ayı ərzində 25,6% artıb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, manatla pul bazası ötən ilin əvvəli ilə müqayisədə isə 32,2% artıb.