Bank Of Baku

Azərbaycanda nağdsız ödənişlərin həcmi 3 dəfəyədək artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 3 dəfəyədək artıb
# 18 mart 2022 17:11 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 2,685 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 2,6 dəfə artıb.

Nağdsız ödənişlərin 5 mln. manatı ATM-lər, 745 mlrd. manatı POS-terminallar, 1,936 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 2021-ci ildə 11,172 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib ki, bu da illik müqayisədə 82,7% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR