Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlirlərin həcmi açıqlanıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə 2020-ci ilin müvafiq ayları ilə müqayisədə ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlirlər 4,9% azalaraq 2 401,3 mln. manat təşkil edib.
Hüquqi şəxslər tərəfindən əhaliyə 1 798,5 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,9%-ni təşkil edib.
Cari ilin yanvar-aprel aylarında hər bir ölkə sakini orta hesabla 242,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 1,2 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.