Bu ilin yanvar-noyabr ayları üzrə bankların kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin həcmi 641,3 milyon manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 18,4%, on aylıq göstərici ilə müqayisədə 0,7% azdır.
Ümumi kredit portfelində problemi kreditlərin payı ilin əvvəlinə nəzərən 1 faiz bəndi azalaraq 3.2% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən isə problemi kreditlərin həcmi 1.5 faiz bəndi kiçilib.