İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac İcmalı”na əsasən, qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-may aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
"APA-Ecomics" xəbər verir ki, 2022-ci ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “P-Aqro” MMC, “STP Alüminium” MMC, “Aqrovest” MMC, “ZR-78 Company” MMC, “Mors Trading” MMC, “Baku Steel Company” QSC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “AzMet” QSC daxildir.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Siyahıya “Azəralüminium” MMC, “Socar Polymer” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “AzerGold” QSC, “Azəripək” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Azərbaycan Dəmir Yolları” QSC də daxildir.