Bank Of Baku

Azərbaycanda sığorta bazarı 1%-dən çox kiçilib

Azərbaycanda sığorta bazarı 1%-dən çox kiçilib
# 01 aprel 2026 11:53 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 277,6 milyon manat olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,3% azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,8 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 37% çoxdur.

Qeyd edək ki, bu dövrdə sığorta bazarının zərərliliyi artıb. Belə ki, ilin ilk iki ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR