Azərbaycanda sığorta sektorunda xanım əməkdaşların payı ortalama 40%, yuxarı və orta idarəetmə səviyyələrində isə ortalama olaraq 23% təşkil edir.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının keçirdiyi “Dayanıqlı Maliyyə üzrə Sorğu” nəticələrində bildirilib.
Qeyd edək ki, sorğu nəticələrinə görə sosial əhəmiyyətli layihələr sığorta şirkətlərinin 41%-i tərəfindən həyata keçirilib. Bu istiqamətdə işçilər üçün sığorta məhsullarına endirimlərin tətbiq edilməsi, qadına sahibkarlar üçün sığorta məhsulları üzrə təlim keçirilməsi, aztəminatlı ailələrin və şəhid övladlarına məktəb ləvazimatlarının hədiyyə edilməsi, şəhid və müharibə veteranlarının həyat yoldaşlarına sahibkarlıq istiqamətdə bilik və iş qazandırılması tədbirlərinin həyata keçirildiyi bildirilib.