Azərbaycanın sığorta sektorunun inkişafı ilə əlaqədar Tədbirlər Planının icraçı təşkilatların sayı 21-ə çatdırılıb. "APA-Economics"in məlumatına görə bunu “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumunda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.
Onun sözlərinə görə, təşkilatların birgə koordinasiya fəaliyyətin istiqaməti müəyyənləşdirilib: "Bu fəaliyyət istiqamətləri 2019-2021-ci illəri əhatə edir. Tədbirlər Planı ilə əlaqədar qarşımızda ən əhəmiyyətli məsələlər durur, hansılar ki, sektorun inkişafını və şəffaflığını daha da artırılmasına və inkişafına əlavə dəstək verəcək", - deyə İ. Alışov qeyd edib.