Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 646 milyon manat təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Başqa sözlə, son bir ildə problemi kreditlərin həcmi 20,8% azalıb.
Ötən ilin eyni dövrünə nisbətən vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5%-dən 3,2 %-ə kimi azalıb.