Bank Of Baku

Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılıb

Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılıb
# 25 sentyabr 2023 09:25 (UTC +04:00)

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 5 qəpiklik metal pul nişanları bu gündən tədavülə buraxılıb.

Bu barədə “APA-Economics”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub.

Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR