28 fevral 2022-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 26 bankın cəmi aktivləri 38 483,4 mln. manat, cəmi öhdəlikləri 33 421,9 mln. manat, balans kapitalı isə 5 061,5 mln. manat təşkil edib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, fevral ayı ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 1,3%, 1,4% və 0,7% artıb.
Qeyd edək ki, ilin əvvəlində cəmi aktivlər 0,1% artıb, öhdəliklər 0,2% azalıb, balans kapitalı isə 1,9% artıb.